Aqrolizinq cari ildə 17,9 mln manatlıq texnika satıb

11:30 - 24.08.2020


24 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2020-ci ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 17,9 milyon manat dəyərində 54 taxılyığan kombayn və 63 müxtəlif növ traktor satılıb və verilib.

Bildirilib ki, həmin müddət ərzində, həmçinin 32 kotan, 13 çiləyici və tozlayıcı, 4 otbiçən, 6 gübrəsəpən, 46 səpici aqreqat, 14 mala, 14 kultivator, 9 traktor yedəkləri (qoşqular), 20 ot və küləş presləyən, 8 ot dırmığı, 3 taxıl (toxum) təmizləyən, 10 bağarası frez və 125 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.