10:24 - 21.08.2020
21 avqust, Fineko/abc.az. Azərbaycan hökuməti koronavirus (COVID-19) infeksiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq Qazaxıstanda qalan daha 73 vətəndaş ölkəmizə yola salınıb.
Azərbaycanın Aktaudakı baş konsulluğunun məlumatına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 infeksiyası ilə bağlı testdən keçiblər.
Qeyd edək ki, bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından ümumilikdə gəmi ilə 389 nəfər artıq vətənə göndərilib.