11:36 - 18.08.2020
18 avqust, Fineko/abc.az. Fəaliyyətinə icazə verilmiş̧ sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydalarının və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.
Bu barədə ABC.AZ-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.
Qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026