10:24 - 17.08.2020
17 avqust, Fineko/abc.az. Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən Qazaxıstanda qalan daha 33 həmyerlimiz vətənə yola salınıb.
Azərbaycanın Aktaudakı Baş Konsulluğundan verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşlarımızın hamısı virusa qarşı testdən keçirilib.
Ümumilikdə bu günə qədər Qazaxıstandan gəmi vasitəsilə 316 nəfər vətənə yola salınıb. Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026