17:43 - 24.01.2018
24 yanvar, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyinin struktur bölmələri 2017-ci ildə 744 149 vergi ödəyicisinə xidmət göstərmişdir.
Nazirliyin məlumatında deyildiyi kimi, 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə ümumilikdə 404646 sayda ASAN İmza sertifikatı verilib.
“Keçən il ərzində 148,990 vergi ödəyicisi, o cümlədən,11860 hüquqi şəxs, 137130 fiziki şəxs, 31782 təsərrüfat subyekti, 17167 nəzarət-kassa aparatı və 6803 POS-terminal qeydiyyata alınıb”, - məlumatda belə deyilir.
12 Avqust 2026