Dövlət Sosial Müdafiə Fondunun büdcədən asılılığı azalıb

12:32 - 28.07.2020


28 iyul, Fineko/abc.az. Sosial yığımların ödənilməsi sahəsində aparılan islahatlar Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığının da azalmasına şərait yaradıb.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, əgər 2017-ci ildə dövlət büdcəsindən fondun büdcəsinə ödənilən transfertin onun gəlirlərində xüsusi çəkisi 38,2% təşkil edirdisə, 2019-cu ildə sosial yığımların hesablanması və ödənilməsinə nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsinə başladıqdan sonra, bu göstərici 28,7%-ə enib.

Müəllif: Elmir Murad