Gürcüstanda ən populyar azərbaycanlı soyadları – Reytinq

14:18 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılan soyadların ilk onluğunun siyahısını tərtib edib.

ABC.AZ xəbər verir ki, Məmmədov soyadı siyahıda 5-ci yeri tutub. Hazırda ölkədə bu soyadı 14 864 nəfər daşıyır.

Qadın soyadları arasında isə Məmmədova 2-ci yerdə qərarlaşıb. Gürcüstanda bu soyadlı 12 958 nəfər yaşayır. Digər Azərbaycan soyadı – Əliyev isə ölkədə geniş yayılan soyadların ilk 20-liyində yer alıb. Əliyev soyadını 9 060 kişi, Əliyeva soyadını isə 8 960 qadın daşıyır.

Müəllif: Elmir Murad