Bu məhsulların istehsalı artıb – Siyahı

17:17 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında emal sənayesində istehsal olunan məhsul və xidmətlərin həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 5 milyard 911,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 16,3 faiz artım, içki istehsalında 3,8 faiz, qida məhsullarının istehsalında isə 1,1 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından papiros və siqaret istehsalı 41,2 faiz, kolbasa məmulatları istehsalı 33,9 faiz, araq istehsalı 35,7 faiz, pivə istehsalı 14,8 faiz, marqarin istehsalı 13,5 faiz, qaymaq və xama istehsalı 12,4 faiz, kərə yağı istehsalı 2,3 faiz artıb.

Qənd və şəkər tozu istehsalı isə 26,7 faiz azalıb.

Müəllif: Elmir Murad