14:29 - 10.07.2020
10 iyul, Fineko/abc.az. Zərər çəkmiş sahələrdə sahibkarların kreditlərinə 10 faiz subsidiya təqdim olunacaq.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.
O qeyd edib ki, faiz dərəcəsi 10-dan aşağı olarsa, subsidiya kreditin faiz dərəcəsi həcmində verilir.
V.Qasımlının sözlərinə görə, Azərbaycanda orta kredit faizi və inflyasiyanı nəzərə alanda, bu yolla sahibkarlar üçün maliyyə vəsaitinin ucuzlaşması təmin olunur: "Mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz sybsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsilayalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir. Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 fazindən daha çoxdur".
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026