11:36 - 19.06.2020
19 iyun, Fineko/abc.az. Öncəki məhdudiyyətlərdən fərqli olaraq, SMS-icazə vasitəsiylə çıxışa icazə verilən müddətdə park, bulvar açıq olduğuna görə insanlar ora gedə biləcəklər.
ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iyunun 18-də keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bunun üzərində işlənilir:
"Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumatlar veriləcək. Saatları insanların bir arada sıx toplaşmaması baxımından tənzimlənəcək şəkildə icazə mümkün olacaq. Necə ki, SMS vasitəsiylə alış-verişə çıxdığımız müddət, həkimə gedib-gəlməyimiz müəyyən olunurdu, məsələyə bu çərçivədə yanaşılacaq. Sabah əlavə məlumat və geniş izahatı veriləcək".