17:09 - 16.06.2020
16 iyun, Fineko/abc.az. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, müharibə əlillərinə, həmçinin Çernobıl AES-də hərbi xidmətlə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə isə 50 avtomobil təqdim edilib.
ABC xəbər verir ki, Dövlət sifarişi əsasında “Hövsan Yaşayış Kompleksi”ndəki binalardan alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.
Müəllif: Elmir Murad