Neftçalada bu tərəvəzlərin əkini aparılıb – SİYAHI

11:19 - 9.06.2020


9 iyun, Fineko/abc.az. Neftçalada bu ilin məhsulu üçün yazlıq bitkilərin əkini başa çatıb.

Rayon statistika idarəsindən ABC.AZ-a bildirilib ki, istehsalçılar bu ilin geridə qalan 5 ayında 8 min 212 hektar yazlıq əkin aparıblar.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətdə 675,9 hektar və ya 9 faiz çoxdur. Əkin aparılmış sahələrin 1764 hektarını yonca, 140,4 hektarını kartof, 124 hektarını tərəvəz, 185 hektarını bostan bitkiləri, 5 min 962 hektarını pambıq, 31 hektarını vələmir, 4,8 hektarını qarğıdalı, 0,3 hektarını isə günəbaxan bitkisi təşkil edir.