16:13 - 2.06.2020
2 İyun, Fineko/abc.az. Birinci rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”nda qeyd olunub.
Rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 219 milyon dollaradək əməliyyat və 219 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub. “Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026