15:00 - 17.05.2020
17 may, Fineko/abc.az. Rusiya hökuməti beynəlxalq uçuşların bərpa olunacağı tarixi açıqlayıb.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyi 2020-ci ilin iyun ayında daxili uçuşları, iyulda isə beynəlxalq reysləri bərpa etməyi planlaşdırır. Bu barədə Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrixin açıqlama verib.
O qeyd edib ki, indi insanlar uzun müddət təcrid olunduqları üçün çox yorğun görünürlər. "Bu vəziyyətdə çoxları həqiqətən gəzmək istəyir və biz onları təhlükəsiz nəqliyyatla təmin etməliyik”, - deyə nazir bildirib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026