Bu məhdudiyyətlər də götürülmədi - Siyahı

17:03 - 15.05.2020


15 may, Fineko/abc.az. Mayın 18-də qadağa götürülməyən sahələrin içərisində kinoteatrlar da var.

ABC.AZ-ın məlumatına görə, muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla), massaj və hamam xidmətlərinin göstərilməsi qadağası qüvvədə qalır.