15:06 - 29.04.2020
29 aprel, Fineko/abc.az. Bağlanan hər iki bankda əmanətlər 100% sığortalanıb.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Rəşad Orucov Real tv-yə müsahibəsində bildirib.
O qeyd edib ki, artıq tam sığortalanmış əmanətlərin geri ödənilməsi üzrə prosedurlar işə düşəcək: "Bankın müflisləşməsinin baş verməsi sığorta halıdır. Beləliklə Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş banklarda qorunan əmanətlərin geri ödənməsi prosesinə başlayacaq. Bunun üçün Fondda yetərli qədər vəsaitlər var. Əlavə vəsaitlər Mərkəzi Bank tərəfindən ödəniləcək”.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026