14:49 - 29.04.2020
29 aprel, Fineko/abc.az. "Xalq Bank" ASC bu ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, 2020-ci ilin 31 mart tarixinə Xalq Bankın cəmi aktivləri 2,282 mlrd. manat təşkil edib.
Bu isə ötən ilin birinci rübünün yekunu ilə müqayisədə 3,09% və ya 68,52 mln manat daha artıqdır.
Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi isə 14,18% və ya 206,85 mln manat artaraq 1,665 mlrd manata çatır.
Bankın depozit portfelinin həcmi 2020-ci ilin I rübünün sonuna 7,59% və ya 109,37 mln manat artaraq 1,55 mlrd manat təşkil edib.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026