17:45 - 28.04.2020
28 aprel, Fineko/abc.az. Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a bildirilib ki, rayonda şəkər çuğunduru əkini başa çatıb.
Ümumilikdə 440,9 hektar sahədə səpin aparılıb və bitiş alınıb. Hazırda becərmə işləri aparan fermerlər sahələri ketmənləyir, kultivasiya işləri aparırlar. Məhsul yığımına sentyabr ayında başlanılacaq.
Qeyd edək ki, ötən il Ağcabədi rayonunda 848 hektar sahədə şəkər çuğunduru becərilib, 27015,6 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 318,5 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026