12:09 - 24.04.2020
24 aprel, Fineko/abc.az. "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) davam edən COVID-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.
ABC.AZ BŞH-yə istinadla xəbər verir ki, Formula 1 Azərbaycan Qran Prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.
Hazırda Formula 1 dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Vəziyyət sabitləşməyənədək, həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək Formula 1-in Bakı yarışı üçün dəqiq tarixin edilməsi mümkün olmayacaq. Əməliyyat şirkəti ilə Formula 1 rəhbərliyi Bakı yarışının oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026