15:23 - 21.04.2020
21 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin azaldılması təklif edilir.
ABC.AZ-ın məlumatına görə, bu barədə dəyişikliyin təklif edildiyi “Dövlət rüsumu haqqında” qanunda qeyd olunub. Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün rüsumun 40 dollardan 10 dollara, adın, soyadın, ata adının dəyişdirilməsi üçün dövlət rüsumunun dərəcələrinin 50 dollardan 20 dollara salınması göstərilir. Qanun layihəsində digər konsul əməliyyatları üçün də dövlət rüsumunun dərəcələrinin də əhəmiyyətli dərəcədə aşağı salınması qeyd olunur. Bundan əlavə, dövlət rüsumu tutulmayan məqamların əhatə dairəsi genişləndirilir.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026