Vergilərin ödənmə tarixi açıqlandı - Müddət uzadılıb

14:54 - 20.04.2020


 20 aprel, Fineko/abc.az.  Xüsusi karantin rejimi dövründə vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti açıqlanıb.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istibadən xəbər verir ki,  xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, habelə Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını əsas götürərək vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

 

- fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, cari ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 4 may 2020-ci il.

Müəllif: Elmir Murad