14:32 - 17.04.2020
17 aprel, Fineko/abc.az. Pakistan Mərkəzi Bankının Bakı filialı 2020-ci ilin I rübü ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, sözgüdən dövrdə bankın faiz gəlirləri 51,78 min manat, qeyri faiz gəlirləri 6,25 min manat, qeyri-faiz xərcləri isə 195,37 min manat olub.
Nəticədə bank rübü 137,34 min manat əməliyyat zərəri ilə başa vurub. Aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün isə bank cəmi 2700 manat ehtiyat ayırıb. Nəticədə Pakistan Mərkəzi Bankının Bakı filialı rübü 134,62 min manat zərərlə başa vurub.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026