12:54 - 9.01.2018
9 yanvar, Fineko/abc.az. Mədəniyyət və Turizm Nazirliyi turistlərin Azərbaycanda 2017-ci il ərzində xərclərinin ikiqat artdığını bildirir.
Nazirlik tərəfindən təqdim edilmiş statistik məlumata əsasən, 2016-cı ilin 10 ayı ərzində turistlər Azərbaycanda plastik kartlar vasitəsilə 466 057 668 manat, 2017-ci ilin 10 ayı ərzində isə 871 597 845 manat xərcləmişlər. Beləliklə, il ərzində xərclər 405 540 177 manat və ya 98% artmışdır.
Aşağıda, turistlərin plastik kartlar vasitəsilə aylar üzrə xərclərini əks etdirən cədvəl təqdim edilib:
| Təqvim ayları | 2016-cı il | 2017-ci il (10 ay) |
| Yanvar | 28 197 825 | 86 812 555 |
| Fevral | 36 671 031 | 72 549 179 |
| Mart | 40 629 990 | 91 134 952 |
| Aprel | 34 488 025 | 80 552 142 |
| May | 48 634 529 | 92 635 415 |
| İyun | 74 806 144 | 83 766 392 |
| İyul | 40 885 460 | 95 706 277 |
| Avqust | 52 457 899 | 100 788 271 |
| Sentyabr | 56 805 726 | 93 236 076 |
| Oktyabr | 52 481 039 | 74 416 586 |
| Noyabr | 62 349 349 | |
| Dekabr | 73 881 102 | |
| Cəmi | 602 288 119 | 871 597 845 |
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026