15:47 - 13.04.2020
13 aprel, Fineko/abc.az. 2019-cu ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 299,8 milyon manat gəlir əldə edib.
ABC.AZ müqayisə üçün bildirir ki, bu 2018-ci ilin göstəricisindən 10,7% çoxdur. Bununla yanaşı ötən il Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına 1 milyard 1 milyon 300 min manat kapital qoyuluşu, o cümlədən 653 milyon 900 min manat dövlət investisiyası həyata keçirilib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026