10:34 - 9.01.2018
9 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkətinin bərpa olunmasını bildirib.
ADY-nın məlumatında deyilənə əsasən, qatarın hərəkəti yanvarın 11-dən etibarən yenilənəcək.
“Qatar Naxçıvandan cümə axşamı günü, yanvarın 11-də, Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək, yanvarın 12-si saat 14:25-də Məşhədə çatacaq və həmin gün saat 22:00-da yenidən Bakıya dönəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin bazar günləri saat 6-00-da çatacaq”, - məlumatda belə deyilir.
Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlamış, lakin müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdır.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026