Bakı-Sumqayıt yolunda hərəkət yenidən məhdudlaşdırılır - Açıqlama

14:55 - 6.03.2020


6 mart, Fineko/abc.az. Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ABC.AZ-a verilən məlumata görə, buna səbəb Xırdalan dairəsinə yaxın əraziyə yaxın olan dəmir yolu körpüsünün altından keçən hissəsində kommunikasiya xətlərinin dəyişdirilməsidir.

Bununla əlaqədar sözügedən ərazidə martın 6-dan 7-nə keçən gecədən etibarən səhər saatlarınadək (00:00–05:00-a qədər) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Müəllif: Elmir Murad