11:12 - 28.02.2020
28 fevral, Fineko/abc.az. Azərbaycanda vəzifəli şəxslər maliyyə xarakterli məlumatları icitmaiyyətə təqdim edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na dair sərəncamında qeyd olunub.
Sözügedən Milli Fəaliyyət Planında qeyd edilir ki, bu işləri 2020-2022-ci illər ərzində Nazirlər Kabineti və Ədliyyə Nazirliyi icra edəcək. Bununla yanaşı, bu il ərzində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiya hazırlanacaq.
2020-2022-ci illərdə korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək veriləcək. Bu işin icraçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026