10:21 - 21.02.2020
21 fevral, Fineko/abc.az. SOCAR 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 milyard manat vəsait ödəyib.
ABC.AZ xəbər verir ki, bu barədə qurumun açıqladığı hesabatda qeyd olunub. Hesabata əsasən, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb.
2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.
Qeyd edək ki, SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat vəsait ödəyib.
Müəllif: Elmir Murad
12 Avqust 2026