13:19 - 28.12.2017
28 dekabr, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar öz mövqelərində qaldılar.
“28 dekabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır", - AMB-dan belə xəbər verildi.
Dekabrın 26-da keçirilmiş əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etmişdir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026