15:04 - 17.02.2020
17 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi könüllü sığorta növlərində azalma, icbari sığortada isə artım qeydə alınıb.
Sözügedən məsələni ABC.AZ-a şərh edən sığorta üzrə ekspert Xəyal Məmmədxanlı qeyd edib ki, həyat sığortasındakı ciddi azalmanı kompensasiya edən faktorlardan biri icbari sığortalardakı yığımlardır.
Onun sözlərinə görə, icbari sığortalar üzrə ötən il 2018-ci ildəkindən 33 milyon manat artıq sığorta haqqı toplanıb. Ekspert qeyd edib ki, artım bütün icbari sığorta növlərində müşahidə olunub: “Lakin, bazarın ümumi tendensiyasına nəzər salsaq, nəticələr ürəkaçan deyil. Sığorta bazarı üçün ən arzuolunmaz tendensiya müşahidə olunur. Sığorta haqları azalır, sığorta ödənişləri isə durmadan artır. 2019-cu ildə sığorta şirkətləri 301 milyon manat ödəniş həyata keçiriblər ki, bu da 2018 ci ilin göstəricisindən 61 milyon manat , başqa sözlə 25 % artıqdır”.
Müəllif: Elmir Murad