16:03 - 27.12.2017
27 dekabr, Fineko/abc.az. Azərbaycanın qızıl hasilatçısı “AzərGold” QSC Çovdar filiz emalı sahəsində istehsalatın başlanması üzrə planlarını müəyyən etdi.
Şirkətin məlumatında deyilənə əsasən, “AzərGold” 2020-ci ildə yatağın yerüstü (oksid) mərhələsinin istismarı başa çatdırmağı və 2021-ci ildən sonra yeraltı işləməni həyata keçirməyi planlaşdırır.
"Həmin ərazidə müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilmiş, optimallaşdırılmış, istehsalat 24 saatlıq iş rejiminə keçirilmişdir”, - məlumatda belə deyilir.