SOCAR və “Wison Engineering” enerji səmərəliliyi üzrə əməkdaşlığı müzakirə edib

15:05 - 24.11.2026


24 noyabr, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru Cou Honqlayanq arasında keçirilən görüşdə enerji səmərəliliyinin artırılması üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

SOCAR-ın məlumatına görə, görüşdə qonağa şirkətin emal, neft-kimya və rəqəmsallaşma sahələrində həyata keçirdiyi çoxşaxəli layihələr barədə məlumat verilib.

Tərəflər həmçinin neft-kimya sənayesində innovativ texnoloji həllərin tətbiqi ilə istehsal sahələrinin modernləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.