Sabah Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək

14:36 - 24.11.2026


24 noyabr, Fineko/abc.az. Noyabrın 25-26-da Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək.

Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir səfər zamanı Azərbaycanın rəsmi şəxsləri və akademik ictimaiyyətin nümayəndələri ilə görüşəcək, həmçinin hər iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək biznes-foruma qatılacaq.

İkitərəfli görüşlərdə Azərbaycan-Litva münasibətlərinin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də Litvanın Avropa İttifaqı Şurasına gələcək sədrliyi çərçivəsində Aİ-Azərbaycan dialoqunun gücləndirilməsi imkanları müzakirə olunacaq.

Tərəflər həmçinin regional təhlükəsizlik və geosiyasi vəziyyət ətrafında fikir mübadiləsi aparacaqlar.