10:17 - 12.02.2020
12 fevral, Fineko/abc.az. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyə yaxın sürətlənib.
ABC.AZ xəbər verir ki, bunu fevralın 11-də Bakıda keçirilən konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ötən il Azərbaycanda iqtisadi artım tempi 2,2 faiz yüksəlib. Qeyri-neft sektorunda artım tempi 2 dəfəyədək sürətlənərək 3,5 faizə çatıb. Ölkənin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına çataraq ÜDM-in həcminin 90 faizini ötüb. Qeyri-neft ixracının həcmi isə 14 faizədək artaraq 2 milyard dollar təşkil edib.