11:32 - 10.02.2020
10 fevral, Fineko/abc.az. Paşa Həyat sığortanın yığımlarında azalma qeydə alınıb.
ABC.AZ Mərkəzi Bankının (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin sığorta yığımları 212 559 000 manat təşkil edib.
Bu isə 2018-ci illə müqayisədə 52 429 000 manat və ya 19,8% azalma deməkdir. Belə ki, 2018-ci ildə şirkət tərəfindən 264 988 000 manat həcmində sığorta haqqı toplanmışdı.
Müəllif: Elmir Murad