11:19 - 27.12.2017
27 dekabr, Fineko/abc.az. Azərbaycanın “DəmirBank” bankında kompensasiya olunan əmanətlərin həcmi 63,5 milyon manat təşkil edir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata əsasən, “Dəmirbank”ın cəmi 55 213 əmanətçisi olmuşdur, o cümlədən 52 732 əmanətçinin depozitləri 1 min manatdan yuxarı deyildir.
Kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manat təşkil edir.
Bankın ümumi kapitalının minimum tələbə uyğunsuzluğu və ümumi kapitalın adekvatlıq əmsalının 3%-dən aşağı olması və kreditorlara öhdəliklərin yerinə yetirilməməsi səbəbindən, “DəmirBank” ASC-nin lisenziyası bu il dekabrın 23-dən etibarən ləğv edilib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026