15:31 - 4.02.2020
4 fevral, Fineko/abc.az. 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar ilə birgə yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafını əsas hədəf olaraq müəyyən etmişik.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib.
O bildirib ki, regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib: “Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir”.
12 Avqust 2026