16:26 - 24.01.2020
24 yanvar, Fineko/abc.az. Azərbaycanda quşçuluq ətinin istehsalı azalıb, yumurta istehsalı isə artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda quşçuluq müəssisələrində diri çəkidə 67,2 min ton quş əti istehsal olunub. Bu 2019-cu il yanvarın 1-i ilə müqayisədə 7,20 min ton və ya 9,67% azdır. Belə ki, 2019-cu il yanvarın 1-nə kimi ölkədə 74,4 min ton quş əti istehsal olunub.
Quş əti istehsalı azalsa da, yumurta istehsalında artım qeydə alınıb. Belə ki, bu il yanvarın 1-nə olan məlumata görə, 764,5 milyon ədəd yumurta istehsal olunub. Bu da 2019-cu ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 124,30 milyon ədəd yumurta və ya 19,4% çoxdur. Belə ki, 2019-cu ildə 640,2 milyon ədəd yumurta istehsal olunmuşdu.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026