17:25 - 25.12.2017
25 dekabr, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC Lənkəran rayonunda su təchizatı sisteminin yaxşılaşdırılması üzrə həyata keçirilən layihəni uğurla yekunlaşdırıb.
ASC-in məlumatında deyildiyi kimi, işlər, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq həyata keçirilmişdir.
“Layihə çərçivəsində rayonun 15 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Ümumilikdə yeni su təchizatı layihələrindən Lənkəran rayonunun 15 kəndinin 28 minədək sakini faydalanıb”, - məlumatda belə deyilir.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatının yaxşılaşdırılmasına yönəldilib.