12:15 - 16.01.2020
16 Yanvar, Fineko/abc.az. Bakıda əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
ABC.AZ Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sözügedən lövhələr vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həyata keçirilir və məqsəd insanları məlumatlandırmaqdır.
Agentlik onu da qeyd edib ki, Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
Müəllif: Elmir Murad
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026