12:42 - 10.01.2020
10 yanvar, Fineko/abc.az. Bu gün ABŞ-da işsizlik nisbəti məlumatı açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin ötən ay 3,5%-də qalacağı proqnozlaşdırılır. Noyabrda da işsizlik 3,5% təşkil etmişdi.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqr. Saatlıq maaşın orta hesabla aylıq 0,3% artacağı gözlənilir. Sentyabrda aylıq artım 0,2% olmuşdu. Maaşın illik müqayisədə isə 3,1% artacağı gözlənilir. Sentyabrda illik artım 3,1% təşkil etmişdi.
Qeyd edək ki, ABŞ-da məşğulluq və maaşlar, iqtisadiyyatın vəziyyəti və FED-in faiz qərarları üçün mühüm əhəmiyyət daşıyır.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026