Dünya Bankından Azərbaycanla bağlı açıqlama - İslahatlara ehtiyac var

12:11 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Risklərin idarə edilməsinin təkmilləşdirilməsi, daha güclü kapital buferinin formalaşdırılması və real sektorun kreditləşdirilməsinin bərpa edilməsi üçün əlavə islahatlara ehtiyac var.

Bunu ABC.AZ Dünya Bankının Azərbaycan nümayəndəliyinin İcitimaiyyətlə Əlaqələr üzrə müşaviri Zaur Rzayev bildirib.

 Dünya Bankısının sözçüsü Azərbaycanla qarşıdakı əməkdaşlığın detalları barədə konkret nəsə deməsə də ümidverici danışıb: “Gələcəkdə maliyyə sisteminə nəzarətin beynəlxalq standartlar və praktikaya uyğun şəkildə müasirləşdirilməsi üçün Azərbaycanla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Sektorun yeni tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankı ilə yaxşı tarixi əməkdaşlıq ənənələrimiz var və əminik ki, banklar, sığorta şirkətləri, ödəniş xidmətləri təchizatçıları üçün tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi islahatları üzrə faydalı əməkdaşlığımızı davam etdirəcəyik”.

Müəllif: Elmir Murad