14:14 - 28.12.2019
28 dekabr, Fineko/abc.az. Əvvəlki illərdə əlavə dəyər vergisinin (ƏDV) hesablanıb dövlət büdcəsinə ödənilməsində malların satışına görə 30 günlük müddət nəzərə alınırdısa, artıq bu metod dəyişib.
ABC.AZ Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinəistinadən xəbər verir ki, Vergilər Məcəlləsində ediləcək dəyişikliyə əsasən, bundan sonra tam kassa metodu prinsipinə keçiləcək. Belə ki, 2020-ci il yanvarın 1-dən ƏDV ödəyiciləri məhsulları satarkən, xidmət göstərərkən malları təqdim etdiyi ayda deyil, pul vəsaiti onun sərəncamına daxil olduğu ayda ƏDV-ni hesablayıb ödəyəcək. Bu, sahibkara maliyyə yükü yaratmamağa hesablanmış dəyişiklikdir.
Müəllif: Elmir Murad
10 Avqust 2026