12:49 - 20.12.2017
20 dekabr, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt yollarının keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görməyə davam edir.
Dövlət Agentliyinin məlumatında deyildiyi kimi, üfüqi nişanlama xətlərinin çəkilişi işləri ilə bağlı Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti bu gün axşama qədər qismən məhdudlaşdırılıb.
“Həmçinin, bu gün saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla bağlı, sözügedən yollarda hərəkət səhər saatlarına qədər qismən məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.
29 İyul 2026
27 İyul 2026