12:39 - 5.10.2017
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, dövlət başçısının göstərişi ilə, xüsusi turizm zonalarının yaradılması üzrə tədbirlər görməyə davam edir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda xüsusi turizm zonalarının layihələndirilməsi və inkişafı üzrə bir ispan və bir türk şirkəti seçilmişdir.
Nazir deyib: “Xüsusi turizm zonalarında sahibkarlar üçün əlverişli şərait yaradılacaq, xüsusilə, güzəştli vergi qoyma tətbiq ediləcək. Beləliklə, Azərbaycanda xüsusi turizm klasterləri yaradılacaq”.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026