14:48 - 18.11.2019
18 noyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi tapşırıqların idarəedilməsi (Task management) proqram təminatının satınalınması üzrə tender keçirir.
Tenderdə iştirak haqqı 50 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 06 dekabr 2019-cu il saat 10.00-a , tender təklifini isə 16 dekabr 2019-cu il saat 11.40-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 17 dekabr 2019-cu il saat 10.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 18.11.2019 11:00 tarixindən sonra əldə etmək olar.
Əlaqələndirici şəxs- Anar Qasımov
Telefon : (994 12) 404 47 44
30 İyul 2026
28 İyul 2026