11:26 - 15.10.2019
15 oktyabr, Fineko/abc.az. Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində elan etdiyi “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC olmuşdur.
Komitədən verilən məlumata görə, müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1,2 milyon manat məbləğində vəsaitin köçürülməsini, eyni zamanda ümumi həcmi 1,1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini öz üzərinə götürüb.
Qeyd edək ki, səhmdar cəmiyyətinə investisiyaların iki il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır.
30 İyul 2026