PAŞA Bank yeni filiallar açacaq

10:55 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az. Qarşıdakı vaxtlarda "Paşa Bank"-ın yeni filialları fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, bunu "Paşa Bank"-ın Baş Maliyyə inzibatçısı Bəhruz Nağıyev bankın 30 iyun 2019-cu il üzrə maliyyə nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 Onun sözlərinə görə, filialların paytaxtda açılması düşünülür: "Filiallar Bakıda fəaliyyət göstərəcək. Bu barədə hazırda işlər aparılır və yaxın gələcəkdə sözügedən məsələ ilə bağlı mediaya məlumat veriləcək".

 

 Müəllif: Elmir Murad