16:58 - 27.09.2019
27 sentyabr, Fineko/abc.az. 2019-cu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon dollar təşkil etmişdir. Bu isə 2018-ci ilin avqust ayı ilə müqayisədə ixrac 19 milyon dollar və ya 15% artıb.
ABC.AZ xəbər veirirki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.
Qeyd olunur ki, bu ilin avqust ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 milyon), Türkiyəyə (27,4 milyon), İsveçrəyə (23,2 milyon), Gürcüstana (10,3 milyon ) və Çinə (6,4 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 22,7 milyon dollar) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 milyon dollar) ikinci, metanol (9,6 milyon dollar) üçüncü olub.