12:28 - 27.09.2019
27 sentyabr, Fineko/abc.az. Biz təqribən 150 min ton toxum kartofu istehsal edirik, amma hələ bu sahədə 150 min tonluq boş yer var.
ABC.AZ xəbər verir ki, bunu Alman-Azərbaycan forumunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Alman- Azərbaycan forumunda çıxışı zamanı deyib.
O, qeyd edib ki, biz çox arzulayardıq ki, Almaniyanın hansısa şirkəti ilə burda gübrə zavodu qura bilək: "Bununla da biz gübrələri Rusiya və MDB bazarına sata bilərik. Çünki bunun üçün bizim xüsusi ənənələrimiz var. Azərbaycan bazarı da böyüyür, amma biz təkcə bunu Azəeşrbaycan bazarına deyil MDB bazarına da çıxara bilərik. Biz də kənd təsərüffatı sektorunda böyük ənənələrimiz var. Bizim üzüm istehsalı potensialımız Gürcüstan və Moldovadan da böyükdür, amma biz onların bazara çıxdığı qədər çıxa bilməmişik. Amma dövlət indi bu sektoru inkişaf elətdirmək istəyir".
Müəllif: Elmir Murad
3 Avqust 2026
4 Avqust 2026